İran Azərbaycan vasitəsilə Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edəcək

Posted by

İran Azərbaycan vasitəsilə Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edəcəkİran Azərbaycan vasitəsilə Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edəcək

İran Azərbaycan vasitəsilə Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edəcək

Azərbaycan yaxın gələcəkdə İranın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında körpü rolu oynaya bilər. Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın kənd təsərrüfatı naziri Mahmud Höccəti İslam Respublikasında səfərdə olan Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşdə deyib.

Onun sözlərinə görə, son zamanlar Rusiyanın Avropa ilə munasibətlərində problemlər yaransa da, Azərbaycanla çox yaxşı munasibətləri var: “Azərbaycan İranın kənd təsərrüfatı məhsullarını Rusiyaya ixrac etməkdə bizimlə əməkdaşlıq edə bilər”.

M.Höccəti yaxın gələcəkdə bu məsələnin müzakirəsi üçün İran nümayəndə heyətinin Bakıya səfər edəcəyini bildirib.

O, iki ölkənin kənd təsərrüfatı sahəsində geniş imkanları olduğunu xatırladaraq Tehranın Bakı ilə bu sahədə də əməkdaşlıq edə biləcəyini deyib.

Ş.Mustafayev görüşdə bildirib ki, beynəlxalq bazarda Rusiyanın indiki vəziyyəti İran və Azərbaycanın yeni bazarlar əldə etmək üçün əməkdaşlıq qurmalarına imkan verib.

İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Azərbaycan nümayəndə heyətinin İrana səfərinin son günündə keçirilən mətbuat konfransında ikitərəfli görüşləri müsbət dəyərləndirərək İran, Azərbaycan və Rusiyanın kənd təsərrüfatı məhsullarının ticarəti sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

M.Vaezi iki ölkənin nəqliyyat sahəsində də əməkdaşlığı genişləndirmək niyyətində olduğunu deyib. O, həmçinin yaxın günlərdə İranın Gömrük Administrasiyasının rəhbəri Məsud Kərbasiyanın Bakıya səfər edəcəyini bildirib.

 

Trend/az