Ramil Usubov Daxili Qoşunların bir qrup hərbi qulluqçusunu medalla təltif edib

Posted by

Ramil Usubov Daxili Qoşunların bir qrup hərbi qulluqçusunu medalla təltif edibRamil Usubov Daxili Qoşunların bir qrup hərbi qulluqçusunu medalla təltif edib

Ramil Usubov Daxili Qoşunların bir qrup hərbi qulluqçusunu medalla təltif edib

Daxili Qoşunların bir qrup hərbi qulluqçusu medalla təltif olunub.

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların (DQ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, Daxili Qoşunların bir qrup hərbi qulluqçusu “Azərbaycan Respublikası Silahlı Qüvvələri veteranı” medalı və Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının 1-ci, 2-ci, 3-cü dərəcələri ilə təltif olunublar.

Bu münasibətlə sentyabrın 4-də DQ-nin Baş İdarəsində daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov medalları hərbi qulluqçulara təqdim edib.

Təqdimetmə mərasimində şəxsi heyət qarşısında çıxış edən Ş.Məmmədov təltif olunan hərbi qulluqçuları daxili işlər naziri və Daxili Qoşunlar Komandanlığı adından bir daha təbrik edib, onlara xidməti-döyüş fəaliyyətlərində uğurlar arzulayıb

 

Trend.az