Qərb regionun kəndlərində şəxsiyyət vəsiqələri paylanılıb

Posted by

Qərb regionun kəndlərində şəxsiyyət vəsiqələri paylanılıbQərb regionun kəndlərində şəxsiyyət vəsiqələri paylanılıb

Qərb regionun kəndlərində şəxsiyyət vəsiqələri paylanılıb

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və aidiyyatı ərazi polis orqanlarının müvafiq xidmət əməkdaşlarının iştirakı ilə Göygöl rayonunun Qırıxlı, Xəqani, Balçılı, Haçaqaya və Quşqara kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

 

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qırıxlı kəndindəki tədbir zamanı ümumilikdə 226 nəfərə, o cümlədən 16 yaşına çatmayan 54 nəfərə, 16 yaşına çatmış 78 nəfərə, vəsiqələrinin etibarlıq müddəti bitmiş 94 nəfərə isə yeni şəxsiyyət vəsiqələri verilib.

 

Səyyar xidmət zamanı həmçinin 16 yaşına çatmayan 118 nəfərin, 16 yaşına çatmış 82 nəfərin, 18 yaşına çatmış 64 nəfərin isə şəxsiyyət vəsiqələri ilə təmin olunması üçün müvafiq sənədlər qəbul edilib. Yeni şəxsiyyət vəsiqələri almış, həmçinin vəsiqə almaq üçün sənədləri qəbul edilmiş kənd sakinləri bu tip səyyar xidmətlərin təşkilinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Trend.az