Qobustanda Sosial Adaptasiya Mərkəzi tikilir

Posted by

Qobustanda Sosial Adaptasiya Mərkəzi tikilir

 

Qobustanda Sosial Adaptasiya Mərkəzi tikilir

Qobustanda Sosial Adaptasiya Mərkəzi tikilir

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan şəhərində penitensiar müəssisələrdə cəza çəkmiş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzinin inşasına başlanılmışdır.

AzərTAc xəbər verir ki, ikimərtəbəli bina bütün lazımi avadanlıqla təchiz ediləcək, burada 50-dən çox otaq olacaqdır.

Mərkəzdə, hüquqşünas və psixoloq kabinetləri, hər biri iki çarpayılıq yataq otaqları, emalatxanalar, təlim otaqları, yeməkxana və idman zalı olacaqdır.

Mərkəzin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

 

AzərTac.az