Qazaxıstan Respublikasının Mangistau vilayətinin akimi ARDNŞ-nin Təlim Mərkəzlərində olmuşdur

Posted by

Qazaxıstan Respublikasının Mangistau vilayətinin akimi ARDNŞ-nin Təlim Mərkəzlərində olmuşdur

 

Qazaxıstan Respublikasının Mangistau vilayətinin akimi ARDNŞ-nin Təlim Mərkəzlərində olmuşdur

Qazaxıstan Respublikasının Mangistau vilayətinin akimi ARDNŞ-nin Təlim Mərkəzlərində olmuşdur

 

Azərbaycana səfər etmiş Qazaxıstan Respublikası Mangistau vilayətinin akimi Alik Aydarbayevin başçılıq etdiyi nümayəndə heyəti azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma idarəsinin (TTSİ) dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində və Qobustan Regional Təlim Mərkəzində olmuşdur.

AzərTAc xəbər verir ki, ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov təlim mərkəzlərində müxtəlif peşə və ixtisaslar üzrə təşkil olunan kurslar haqqında qonaqlara məlumat vermişdir

Bildirilmişdir ki, müdavimlər beynəlxalq norma və standartlara uyğun olaraq sertifikatlara layiq görülürlər. Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində yaradılmış ixtisaslaşdırılmış üstübağlı təlim hovuzunun mövcud imkanları və funksionallığı qonaqların xüsusi marağına səbəb olmuşdur. Hovuzda keçirilən praktiki məşqlər və hazırlıq işləri əyani surətdə nümayiş etdirilmişdir. Daha sonra Qobustan Regional Təlim Mərkəzinə gələn Qazaxıstan nümayəndə heyəti təlim mərkəzinin tam təchiz olunmuş sinif otaqlarında, laboratoriya və emalatxanalarda istifadə olunan simulyatorlar, nəzəri və praktiki dərslər, əyani vəsaitlər, tədris potensialı, müəllim-instruktor heyətinin bacarıqları və ixtisas göstəriciləri ilə tanış olmuşlar.

Qaynaq sexində görülən işlər, əməyin təhlükəsizliyi rejimi, istifadə olunan avadanlıqlar və materiallar maraqla qarşılanmışdır. Sonda Qazaxıstan Respublikasının Mangistau vilayətinin akimi Alik Aydarbayev TTSİ-nin təlim mərkəzləri ilə tanışlıq üçün yaradılan şəraitə görə ARDNŞ rəhbərliyinə minnətdarlığını bildirmiş, bunun dövlətlərarası iqtisadi əməkdaşlıq və işgüzar əlaqələr üçün faydalı olacağını qeyd etmişdir.

 

AzərTAc.az