Qaradağ rayonunda 300-ə yaxın boş iş yeri təqdim olunacaq

Posted by

Qaradağ rayonunda 300-ə yaxın boş iş yeri təqdim olunacaqQaradağ rayonunda 300-ə yaxın boş iş yeri təqdim olunacaq

Qaradağ rayonunda 300-ə yaxın boş iş yeri təqdim olunacaq

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ölkəmizin müxtəlif bölgələrində əmək yarmarkaları davam etdirilir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN tərəfindən növbəti əmək yarmarkası sabah Bakının Qaradağ rayonunda keçiriləcək.

 

Rayonun Ə.Əmirov adına Mədəniyyət Sarayında təşkil olunacaq aktiv məşğulluq tədbirində 22 müəssisə üzrə əsasən 300-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə peşə hazırlığına, müvəqqəti işlərə və ödənişli ictimai işlərə cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı da aparılacaq.

 

ƏƏSMN tərəfindən cari ilin ötən dövründə ölkənin 59 rayon və şəhərində keçirilən əmək yarmarkalarında 5711 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib ki, onlardan 84,5 faizi, yəni 4830 nəfəri işlə təmin olunub. Həmçinin bu tədbirlər zamanı 369 nəfər peşə hazırlığına, 204 nəfər ödənişli ictimai işlərə cəlb edilib.

 

Trend.az