Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Posted by

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcək əməkdaşlığın perspektivlərini müzakirə edibAzərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycanla Qara Dəniz Ticarət və İnkişaf Bankı gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Bu gün maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) prezidenti İhsan Uğur Delikanlının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın Azərbaycan üzrə hazırlayacağı 2015-2018-ci illər üçün ölkə strategiyasında prioritetlərin müəyyənləşdirilməsi və onların ölkənin sosial-iqtisadi siyasətinə uyğunlaşdırılması müzakirə olunub.

 

Azərbaycanın cari iqtisadi vəziyyəti barədə qonaqları məlumatlandıran S. Şərifov 2014-cü il və sonrakı illər üzrə ümumi iqtisadi göstəricilər, hökumətin əsas inkişaf məqsədlərindən bəhs etmiş, qeyri-neft sektorunun inkişafının qarşıdakı illərdə də prioritet olaraq qalacağını vurğulayıb. Nazir qeyd edib ki, QDTİB ölkəmizdə real sektorla birbaşa əməkdaşlığa üstünlük verərək qeyri-neft sektorunun inkişafını və yerli istehsalı dəstəkləməklə əldə olunan nailiyyətlərə daha çox töhfə verə bilər.

 

Etibarlı tərəfdaşı kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində QDTİB-nın bundan sonra da hökumət ilə uğurlu əməkdaşlığı davam etdirəcəyini vurğulayan bankın prezidenti bildirib ki, 2015-2018-ci illər üçün ölkə üzrə milli strategiyada maliyyə sektoruna ayrılan kreditlərin əsasən real sektora yönəldilməsi prioritet istiqamət kimi müəyyənləşdirilib. Onun sözlərinə görə, yerli istehsalın, kiçik və orta sahibkarlığın, ticarətin birbaşa maliyyələşdirilməsinə diqqət yetiriləcək.

 

Görüşdə həmçinin Azərbaycanla QDTİB arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonra QDTİB prezidenti Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıb.

 

Apa.az