Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının plenar iclası keçirilir

Posted by

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının plenar iclası keçirilir

 

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının plenar iclası keçirilir

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının plenar iclası keçirilir

 

Gürcüstan paytaxtında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının iclası başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dekabrın 17-də büro və komitələrdə müzakirələr aparılıb və dekabrın 18-də geniş heyətdə 42-ci Baş Assambleya öz işinə başlayıb. Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Asəf Hacıyev, Jalə Əliyeva, Musa Quliyev, Mübariz Qurbanlı və Ayaz Orucov iştirak edir.

 

Toplantı Gürcüstan parlamentinin rəhbəri David Usupaşvilinin sədrliyi ilə başlayıb. Tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üz olan 12 ölkə, o cümlədən, Albaniya, Azərbaycan, Ermənistan, Bolqariya, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna təmsilçiləri iştirak edir.

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxışında iştirakçıları salamlayaraq Gürcüstanın bu böyük toplantıya sədrlik etməsindən şad olduğunu bildirib: “2013-cü il bizim ölkə üçün vacib il olub. Gürcüstan Avropaya doğru seçim edib. Bu yolu Moldova da tutub. Biz digər ölkələrlə əməkdaşlıq etməyə hazırıq. Mən ümidvaram ki, Ukrayna da öz seçimini edəcək. Xatırladıram ki, bizim torpaqlarımızın 20%-i işğal olunub. Biz indi Rusiya ilə əlaqələri mədəni-iqtisadi sahələrdə inkişaf etdirməyə çalışırıq. Bizim idmançılar Soçi Olimpiadasında iştirak edəcək. Siyasət idmana qarışmır. Biz bütün ölkələrlə əməkdaşlığımızı genişləndirəcəyik”.

 

Azərbaycan nümayəndə heyətinin rəhbəri, QDİƏT Parlament Məclisinin sədr müavini Asəf Hacıyev “Qara dəniz regionunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda çıxış edərək “Şahdəniz-2” layihəsinin ikinci fazasının imzalanmasından, Azərbaycanın enerji və kənd təsərrüfatı sahəsindəki uğurlarından danışıb.

 

Plenar iclasda QDİƏT Parlament Assambleyasının fəaliyyəti barədə hesabat və 2014-cü il üçün assambleyanın büdcəsini qəbul ediləcək, eyni zamanda “Büdcə-audit komissiyası” yaradılacaq. Sabah da davam edəcək toplantıda quruma üzv olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda kənd təsərrüfatının inkişafı, qlobal iqlim dəyişkənliyinin səbəbləri, bu prosesin zərərli təsirlərinin aradan qaldırılması üçün mümkün variantların nəzərdən keçirilməsi və digər cari məsələlər müzakirə ediləcək.

 

Dekabrın 19-da QDİƏT Parlament Məclisinin Baş Assambleyasına sədrlik Yunanıstan parlamentinə veriləcək. Baş Assambleyanın növbəti iclası 2014-cü ilin mayın 12-14-də Afinada keçiriləcək.