Prezident İlham Əliyev Bəhreyn Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: “Bəhreyn Krallığının Milli günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Bəhreyn münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Trend.az