Prezident İlham Əliyev “Bakutel-2014” sərgisinin rəsmi açılışında iştirak edib

Posted by

Prezident İlham Əliyev "Bakutel-2014" sərgisinin rəsmi açılışında iştirak edibPrezident İlham Əliyev “Bakutel-2014” sərgisinin rəsmi açılışında iştirak edib

Prezident İlham Əliyev "Bakutel-2014" sərgisinin rəsmi açılışında iştirak edib

“BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub. Trend xəbər verir ki, sərginin rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

 

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dövlətimizin başçısına sərgi haqqında məlumat verdi. Bildirildi ki, bu il sərgidə yerli şirkətlərlə yanaşı, dünyanın 23 ölkəsindən 250 şirkət iştirak edir. Onların arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.

 

Dövlətimizin başçısı sərgidəki milli və xarici pavilyonlarla tanış oldu.

 

Prezident İlham Əliyev sərgidə “Euronews” telekanalının müxbirinə müsahibə verdi.

 

Azərbaycan Prezidenti sərginin iştirakçılarına uğurlar arzuladı.

 

Sonda xatirə şəkli çəkdirildi.

 

Trend.az