PRESS-RELİZ

Posted by

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına, sosial hüquqlarının təmin edilməsinə dair tədbirlərin keçirilməsi” layihəsinin icrasına başlamışdır. Layihənin əsas məqsədi insan hüquqlarının ayrılmaz hissəsi olan məhkum hüquqlarının qorunması, cəza müddətinin bitməsinə az qalmış məhkumların cəmiyyətə sosial adaptasiyası və həmçinin cəzaçəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək, qanunvericiliyin müəyyənetdiyi hüquqlardan yararlanmalarına və təkrar cinayət törətmələrinə mane olmaqdır.

3 ay davam edəcək layihə çərçivəsində müəyyən olunmuş cəzaçəkmə müəssisələrində cəza müddətinin bitməsinə az qalmış məhkumlara həm sosial adaptasiya və layihə ilə bağlı maarifləndirici posterlərin, həm də Koronavirus (COVİD-19) pandemiyası və onunla mübarizə barədə maarifləndirici posterlərin paylanması həyata keçiriləcəkdir. Qeyd olunan posterlərdə onlara hüquq vəzifələri izah olunacaq, təşkilatımızın layihədə nəzərdə tutduğu xidmətləri ilə bağlı məlumat veriləcəkdir. Pandemiya dövründə ən vacib mübarizə yolu olan gigiyena qaydaları və ona riayət etmənin yolları öyrədiləcəkdir.

 Layihə müddətində həmçinin cəza çəkməkdən azad olunmuş yüzdən çox məhkuma hüquqşünas və psixoloq tərəfindən pulsuz fərdi konsultasiyalar təşkil olunacaq və hüquqi yardım göstəriləcəkdir.

Mətbuat Xidməti