Polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib

Posted by

Polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib

Polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib

 

Polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüş keçirilib

Noyabrın 14-də daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbul üzrə müsabiqənin qalibləri ilə görüşüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə nazir R.Usubov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasətinin həyata keçirilməsində böyük uğurların qazanıldığını, dövlətimizin başçısının çıxış və nitqlərində Azərbaycanın parlaq gələcəyinin yüksək intellektə, sağlam dünyagörüşə, dərin biliyə və işgüzarlığa malik, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu dəfələrlə vurğuladığını bildirib. Yüksək mənəvi və iş keyfiyyətlərinə malik bacarıqlı və istedadlı gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha geniş şəkildə təmsil olunmaları, onların dövlət idarəçiliyində xidmətdə irəli çəkilməsi üçün bütün zəruri addımların atıldığı diqqətə çatdırılıb.

 

Nazirliyin Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov daxili işlər orqanlarında xidmətə qəbulun yekun nəticələri barədə məlumat verib. Diqqətə çatdırılıb ki, daxili işlər orqanlarında xidmətə qəbul üçün respublikanın müxtəlif şəhər və rayonlarından olan 134 nəfər müraciət edib, onlardan müəyyən olunmuş tələblərə cavab verən 55 namizəd Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarına buraxılıb. Qaydalara əsasən, imtahanlarda 100 mümkün baldan 65 və daha çox bal toplamış 33 gənc sınaqdan uğurla çıxıb. İmtahanları müvəffəqiyyətlə vermiş həmin gənclərin xidmətə qəbul olunması barədə daxili işlər naziri tərəfindən əmr imzalanıb və onlar respublikamızın şəhər, rayon polis orqanlarında müxtəlif vəzifələrə təyin ediliblər.

 

Nazir Ramil Usubov həyatlarında ən əlamətdar günlərdən biri – zabit vəzifələrinə təyin olunmaları münasibətilə onları təbrik edib, çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb. O, gənc əməkdaşlara xidməti fəaliyyətdə polisin adını daim uca tutmağı, insan və vətəndaş hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini tövsiyə edib.

 

AzərTac.az