Azərbaycanlı kursantlar Türkiyənin hərbi məktəblərini ziyarət edəcəklər

Posted by

Azərbaycanlı kursantlar Türkiyənin hərbi məktəblərini ziyarət edəcəklərAzərbaycanlı kursantlar Türkiyənin hərbi məktəblərini ziyarət edəcəklər

Azərbaycanlı kursantlar Türkiyənin hərbi məktəblərini ziyarət edəcəklər

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, noyabrın 17-dən 18-dək Türkiyənin Ankara şəhərində Heydər Əliyev adına Hərbi Liseydən nümayəndə heyətinin Türkiyə Quru Qoşunları Hərbi Məktəbini, daha sonra isə İstanbul şəhərində Türkiyə Kuleli Liseyini ziyarəti planlaşdırılır.

 

Bundan əlavə, noyabrın 17-dən 21-dək Almaniyanın Oberammerqau şəhərində NATO qərargah zabitləri üçün tanışlıq kursu keçiriləcək. Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

 

Trend.az