Penitensiar müəssisələrdə seçkilərin təşkili ilə bağlı mətbuat konfransı keçirilib

Posted by

Penitensiar müəssisələrdə seçkilərin təşkili ilə bağlı mətbuat konfransı keçirilib

Penitensiar müəssisələrdə seçkilərin təşkili ilə bağlı mətbuat konfransı keçirilibPenitensiar müəssisələrdə seçkilərin təşkili ilə bağlı mətbuat konfransı keçirilib

Ədliyyə Nazirliyi və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə “Azərbaycanda prezident seçkilərinin penitensiar müəssisələrdə təşkili məsələləri” mövzusunda mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Azər Cəfərov penitensiar müəssisələrdə seçkilərin yüksək səviyyədə keçirilməsi üçün MSK ilə əməkdaşlıq etdiklərini bildirib: “Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılır. Bütün tədbirlər görülür və demokratik seçki mühiti yaradılır. Biz də seçkilərin düzgün keçirilməsi üçün MSK ilə birgə fəaliyyət göstəririk”.

Daha sonra MSK-nın sədr müavini Natiq Məmmədov çıxış edib. N. Məmmədov Azərbaycanda keçiriləcək seçkilərin bütün dünyanın diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki seçkilərin şəffaf və demokratik keçirilməsi vacibdir. Tədbirdə çıxış edən MSK üzvü Fuad Cavadov da seçkilərin əhəmiyyətindən danışıb.

Daha sonra tədbir müzakirələrlə davam etdirilib.