Partlamamış minalar tapılıb

Posted by

Partlamamış minalar tapılıb

Partlamamış minalar tapılıb

Partlamamış minalar tapılıb

Xocavənd rayonu ərazisində partlamamış döyüş sursatları tapılıb. SİA-nın verdiyi məlumata görə, 3 ədəd tank mərmisi və 4 minaxtaran mərmi olan hərbi sursatlar, ərazidəki qışlaq sahələrinin yaxınlığında aşkarlanıb. Ehtimal edilir ki, I Qarabağ müharibəsi zamanı ərazidə erməni ordusunun mövqeləri yerləşdiyindən sursatların da erməni hərbiçiləri tərəfindən atılıb.

 

Tapılan hərbi sursatlardan 1 ədədi Rusiya istehsalı olan “Şmel” tipli odsaçan reaktiv qurğuda mərmisi ilə aşkar edilib ki, bunun da çox böyük dağıdıcı olduğu bildirilir. Onun dağıdıcı qüvvəsi qrad raketinin dağıdıcı qüvvəsinə bərabərdir və hərbi texnikanın məhv edilməsində istifadə edilir. Bu qurğu partlayış zamanı 80 metr radiusda 1000 dərəcə temperatura qədər istilik enerjisi yaradır və ətrafında olan hər şeyi əridir.

 

Qeyd edək ki, aşkar edilən hərbi sursatlar barədə rayon polis şöbəsinə və ANAMA –nın əməkdaşlarına məlumat verilib. Tapılan döyüş sursatları DAYAQ humanitar təşkilatının əməkdaşları tərəfindən partlatma yolu ilə zərərsizləşdirilib.

 

Sia.az