Pan Gi Munun III Bakı Beynəlxalq Humanitar Forumuna müraciəti: Qloballaşan dünyada problemlərin həlli sərhədlərdən kənarda geniş əməkdaşlığın olmasını tələb edir

Posted by

Pan Gi Munun III Bakı Beynəlxalq Humanitar Forumuna müraciəti: Qloballaşan dünyada problemlərin həlli sərhədlərdən kənarda geniş əməkdaşlığın olmasını tələb edir

Pan Gi Munun III Bakı Beynəlxalq Humanitar Forumuna müraciəti: Qloballaşan dünyada problemlərin həlli sərhədlərdən kənarda geniş əməkdaşlığın olmasını tələb edirPan Gi Munun III Bakı Beynəlxalq Humanitar Forumuna müraciəti: Qloballaşan dünyada problemlərin həlli sərhədlərdən kənarda geniş əməkdaşlığın olmasını tələb edir

BMT-nin Baş katibi Pan Gi Mun III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına müraicət ünvanlayıb.
Trend-in məlumatına görə, BMT Baş katibinin III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına müraciətini BMT-nin Azərbaycan Respublikasındakı resident əlaqələndiricisi səlahiyyətlərini icra edən Dag Siqurdson səsləndirib.
Pan Gi Mun müraciətində bildirib: “Mən III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına öz salamlarımı çatdırmaqdan məmnunluq duyuram və Azərbaycan hökümətinə bu forumu keçirdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm”.
Baş katib qeyd edib ki, qloballaşan dünyada problemlərin həlli sərhədlərdən kənarda və mədəniyyətlər arasında bu cür geniş əməkdaşlığın olmasını tələb edir.
Pan Gi Munun sözlərinə görə, bu era böyük imkanlar erasıdır. Əgər hökümət vətəndaşların, xüsusilə də qadın və gəcnlərin səlahiyyətlərini artırarsa, o zaman vətəndaşlar inkişafa böyük töhfə verə bilərlər.
Baş katib bildirib: “Beynəlxalq ictimaiyyət 2050-ci ilədək Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq və yoxsulluqla mübarizə aparmaq üçün səylərini artırır. Biz, həmçinin iqlim dəyişikliyi ilə bağlı qlobal müqavilə imzalamağa və əsas prinsipi yoxsulluğun aradan qaldırılması olan universal baxışın qəbuluna ümid edirik”.
Pan Gi Mun bildirib ki, BMT Suriyaya humanitar yardım göstərilməsi istiqamətində işləyir və Suriya xalqının iradəsini əks etdirən hərtərəfli siyasi sazişin imzalanmasına nail olmağa çalışır.
Baş katib bildirib ki, BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı ölkənin kimyəvi silah proqramının ləğvində irəliləyiş əldə edir.
Pan Gi Mun qeyd edib ki, evlərini tərk eləməyə məcbur olan insanların sayı sentyabr ayından təxminən iki dəfə artıb: ” BMT yardım göstərməkdə davam edir və zorakılığa son qoymağa çağırır. Biz bu səylərin göstərilməsində beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyac duyuruq”.
Qeyd edək ki, oktyabrin 31-dən noyabrın 1-dək Bakıda III Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 70-dən çox ölkəsindən rəsmi şəxslər, sabiq prezidentlər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər.
İki gün davam edəcək Forumda səkkiz sahə üzrə dəyirmi masalar təşkil ediləcək: “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizm və özgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövrdə milli özünüdərk”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri”.
Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.