Pakistanda “Kəşmir və Dağlıq Qarabağ: həlli yollarının axtarılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Posted by

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktor müavini Gülşən Paşayeva, xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov və həmin şöbənin elmi işçisi Fuad Çıraqov martın 3-dən 5-dək Pakistanın İslamabad şəhərində səfərdə olmuşlar.

SAM-dan AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində mərkəzin əməkdaşları martın 3-də Quadi-e-Azam Universitetinin Müdafiə və Strateji Araşdırmalar mərkəzində müəllim və tələbə heyəti ilə görüşmüşlər.

Görüşdə Azərbaycan haqqında məlumat verilmiş, ikitərəfli münasibətlərin müxtəlif aspektləri, regional və qlobal təhlükəsizlik məsələlərinə aid müzakirələr aparılmışdır.

Martın 4-də İslamabad şəhərində SAM-ın Sülh və Diplomatiya İnstitutu birlikdə təşkil etdiyi “Kəşmir və Dağlıq Qarabağ: həlli yollarının axtarılması” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda SAM və Sülh və Diplomatiya İnstitutunun əməkdaşları ilə yanaşı müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri, Pakistanın bir sıra ali məktəblərinin professorları, habelə Kəşmir bölgəsindən olan ekspertlər iştirak etmişdir.

AzərTAc.az