Nəqliyyat Nazirliyi Bakı sürücülərinə xəbərdarlıq etdi
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti (ASC) sürücülərə xəbərdarlıq edib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Ziya Bünyadov prospektinin yenidən qurulması ilə bağlı Əliyar Əliyev küçəsindən “Böyük Şora” qədər olan hissədə yolun sağ və sol hissələrində nəqliyyat vasitələrinin saxlanması təmir işlərinin aparılmasına maneəçilik törədir: “Ona görə də sürücülərə bu ərazilərdə avtomobillərini saxlamamağı tövsiyə edirik. Çünki qazıntı işləri aparıldığından sonradan avtomobilin həmin ərazidən çıxarılmasında problem yarana bilər”.