İndoneziyanın 130 min məscidində “Qazi Qarabağ azanı” səsləndiriləcək

Posted by

Fevralın 26-da İndoneziyanın 130 min məscidində “Qazi Qarabağ azanı” səsləndiriləcək.

Trend-in Azərbaycanın İndoneziyadakı Səfirliyinə istinadən verdiyi məlumata görə, Qarabağı işğal edən və Xocalı soyqırımını törədən ermənilər həmin məscidlərin imamlarının xütbələrində lənətlənəcək. Bunu Səfir T.Qarayevlə birgə keçirdiyi Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar mətbuat konfransında 80 milyon üzvü olan dünyanın ən böyük qeyri-hökumət təşkilatı “Nahdlatul Ulama” müsəlman dini qurumunun sədri professor Aqil Sirac bəyan edib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Trend.az