Kamal Kılıçdaroğlu: “CHP Xocalı soyqırımını unutmayacaq və unutdurmayacaq”

Posted by

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu 26 fevral – Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bəyanat yayıb.

APA-nın məlumatına görə, partiya sədri bəyanatında bildirib ki, CHP tarixin bu üzüntülü və acılı səhifəsini unutmayacaq və unutdurmayacaq.

O, soyqırımı faktını pisləyərək, Azərbaycan və onun xalqına dəstək etdiyini vurğulayıb: “22 il öncə bu gün Azərbaycanda insanlığa sığmayan bir hadisə yaşandı. Xocalı qətliamı bizim yaddaşlarımızda yaşamağa davam edir. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı bölmələri şəhərə daxil olaraq, 83-ü uşaq, 106-sı qadın olmaqla 613 insanı öldürdülər, 487 nəfəri yaraladılar və 275 nəfəri girov götürdülər. CHP olaraq biz bu hadisəni unutmayacağıq və unutdurmayacağıq, azərbaycanlıların haqlı mübarizəsinə dəstək verəcəyik. CHP bu cür hadisələrin təkrarlanmaması və regionda sülh və əmin-amanlığın bərqərar olunması üçün əlindən gələni etməyə davam edəcək. Soyqırımı zamanı həlak olanlara Allahdan rəhmət diləyir, Azərbaycan xalqına sevgi və salamlarımızı çatdırırıq”, – deyə, K.Kılıçdaroğlu bəyanatında bildirib.

Apa.az