Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Posted by

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycan-Yaponiya əlaqələrinin 1991-ci ildə qurulduğunu xatırlatmış, 2000-ci ildən ölkəmizdə Yaponiya, 2005-ci ildən isə Yaponiyada Azərbaycan səfirliyinin fəaliyyətə başladığını bildirmişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı münasibətlərdən bəhs edən Ali Məclisin Sədri kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə qarşılıqlı əlaqələrin mövcud olduğunu diqqətə çatdırmışdır. Ali Məclisin Sədri Tsuquo Takahaşinin səfərinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasındakı əlaqələrin inkişafı baxımından səmərəli olacağına əminliyini bildirmiş, ona işlərində uğurlar arzulamışdır.

Səmimi qəbula görə minnətdarlıq edən Tsuquo Takahaşi ölkələrimiz arasında siyasi, iqtisadi, mədəniyyət və digər sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bildirmişdir. Səfir diplomatik fəaliyyəti dövründə Azərbaycanla, eləcə də Naxçıvan Muxtar Respublikası ilə qarşılıqlı əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd etmişdir.

Görüşdə əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

AzərTac.az