Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilmişdir

Posted by

Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilmişdir

Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilmişdir

Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilmişdir

Aprelin 22-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu görüşün xüsusi əhəmiyyət daşıdığını demişdir. Bildirilmişdir ki, üç dost və qardaş ölkənin parlamentlərinin komitə sədrlərinin bu görüşündə regionda baş verən proseslər və qarşılıqlı əməkdaşlıqla bağlı fikri mübadiləsi aparılacaqdır. S.Seyidov bu görüşün hər üç ölkə üçün tarixi toplantı olduğunu qeyd etmişdir. Bir müddət əvvəl hər üç ölkənin xarici işlər nazirlərinin görüşdüyünü xatırladan komitə sədri bildirmişdir ki, bütün bu toplantılar ölkələrimiz arasında sıx əməkdaşlığın mövcudluğunun göstəricisidir.

Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze bildirmişdir ki, bu görüş dost, qardaş və mehriban qonşu olan üç ölkənin qanunverici orqanlarının nümayəndələrinin toplantısıdır. T.Caparidze belə görüşlərin davamlı olaraq keçirilməsinin önəmini qeyd etmişdir.

Diqqətə çatdırılmışdır ki, hər üç ölkənin birgə strateji əməkdaşlığı regionun inkişafı üçün çox önəmlidir. Azərbaycan bu gün bölgədə təhlükəsizliyin və sabitliyin, iqtisadi inkişafın əsas təminatçısıdır.

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır qeyd etmişdir ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər strateji xarakter daşıyır. Hər üç ölkənin parlament nümayəndələrinin belə bir görüşünün keçirilməsi çox faydalıdır.

V.Bozkır bildirmişdir ki, Azərbaycan artıq beynəlxalq miqyasda önəmli ölkələrdən biridir, dünyanın əksər inkişaf etmiş ölkələrinin maraq dairəsindədir. BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə Azərbaycan çox böyük uğurlara imza atmışdır. Həmin müddətdə bir çox önəmli məsələlərin uğurla həllində Azərbaycan önəmli rol oynamışdır. O, vurğulamışdır ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri də Birinci Avropa Oyunlarının məhz qardaş ölkədə keçirilməsidir.

Çıxış edən Milli Məclisin deputatları bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında geniş spektrdə əməkdaşlığın mövcud olduğunu bildirmiş, bu tərəfdaşlığın təməlində möhkəm dostluq və qardaşlıq əlaqələrinin durduğunu bildirmişlər. Deputatlar bu cür önəmli görüşün keçirilməsinin davamlı xarakter alacağına əminliklərini ifadə etmişlər.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə ildə iki dəfə belə toplantıların keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Növbəti görüşün Gürcüstanda keçirilməsi qərara alınmışdır.

Sonda hər üç ölkənin parlamentlərinin xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair Protokol imzalanmışdır.

 

AzərTac.az