MSK bələdiyyə seçkiləri üçün nəzərdə tutulan səsvermə bülletenlərinin çapına başlayıb

Posted by

MSK bələdiyyə seçkiləri üçün nəzərdə tutulan səsvermə bülletenlərinin çapına başlayıbMSK bələdiyyə seçkiləri üçün nəzərdə tutulan səsvermə bülletenlərinin çapına başlayıb

MSK bələdiyyə seçkiləri üçün nəzərdə tutulan səsvermə bülletenlərinin çapına başlayıb

“Mərkəzi Seçki Komissiyası debarın 23-ə təyin olunan bələdiyyə seçkiləri üçün nəzərdə tutulan səsvermə bülletenlərinin çapına başlayıb”. Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun başçılığı ilə MSK rəhbərliyi prosesin başlanması ilə əlaqədar mətbəədə olub.

 

MSK sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib ki, Seçki Məcəlləsinin tələbinə görə, səsverməyə 10 gün qalmışa qədər seçki bülletenləri tam çap olunmalıdır: “Səsvermə bülletenləri 5 gün qalmışa qədər DSK-lara, 3 gün qalmışa qədər isə Məntəqə Seçki Komissiyalarına paylanılır”.

 

MSK sədri deyib ki, bələdiyyə seçkiləri ilə əlaqədar 1607 növ səsvermə büllüeteni çap olunacaq: “Çünki Azərbaycanda 1607 bələdiyyə mövcuddur. Hansı bələdiyyədəki namizədlərin qeydiyyatı ilə bağlı heç bir problem yoxdursa, biz həmin bələdiyyələr üzrə səsvermə bülletenlərinin çapına başlamışıq. Məlumdur ki, namizədlərin qeydiyyatı 29 noyabr saat 18:00-da başa çatır. Bu müddət bitdikdən sonra namizədlərin narazılıqları ilə bağlı məhkəməyə müraciət etmə imkanları var. Hansı bələdiyyələrdə belə bir prespektiv varsa, onların səsvermə bülletenlərin in çapını sona saxlayacağıq”.

 

M.Pənahov qeyd edib ki, 5015 məntəqədə seçicilər səs verəcəklər: “Bələdiyyə seçkiləri üçün 4976000 səsvermə bülleteni çap olunacaq. Bu seçicilərin sayından 3 faiz çoxdur. Hesab edirəm ki, prosesin gedişi təsdiq etdiyimiz təqvim plana uyğun olaraq davam edir”.

 

MSK sədri mətbuat orqanlarını bələdiyyə seçkiləri ilə əlaqədar reportajlar hazırlamağa çağırıb.

 

Trend.az