Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Posted by

Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olubLatviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi Bakı Ali Neft Məktəbində (BANM) olub.

 

Məktəbdən APA-ya verilən xəbərə görə, rektor Elmar Qasımov səfiri salamlayaraq, ona rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, fəaliyyət strategiyası və istiqamətləri haqqında məlumat verib.

 

O, BANM-nin üstünlüklərindən söz açaraq, onun beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi dünya universitetlərindən və həmin ali təhsil müəssisələri ilə BANM arasında ikili diplomların tanınması istiqamətində əməkdaşlıqdan danışıb.

 

Rektor əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara, həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksək ixtisaslı texniki kadrları məhz öz ölkəmizdə yetişdirərək, bu sahədə ingilisdilli peşəkar kadr tələbatının ödənilməsi olan BANM-nin dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələri ilə əlaqələr qurduğunu vurğulayıb. BANM-nin Böyük Britaniyanın Heriot-Vatt Universiteti, Norveç, Fransa, həmçinin Avropanın bir sıra universitetləri, o cümlədən müxtəlif beynəlxalq neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq etdiyini söyləyib.

 

BANM-yə ən yüksək göstəricilərlə tələbələrin qəbul olunduğunu deyən E.Qasımov hazırda ali məktəbin tikilməkdə olan və ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirib, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonağın nəzərinə çatdırıb. O, müasir dövrdə dünyada ən çox ehtiyac duyulan mühəndislik ixtisasının vacibliyini bildirib və ölkəmizdə kadr tələbatını ödəmək üçün bu sahəyə diqqət ayrıldığını sözlərinə əlavə edib. Bu baxımdan o, Latviya ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

 

Latviyanın Azərbaycandakı səfiri Hardis Baumanisi BANM-də olmaqdan məmnunluğunu vurğulayıb. Azərbaycanda hazırda riyaziyyat və fizika sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin olduğunu deyən səfir Latviya universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərindən söz açıb.

 

Görüşdə həmçinin BANM ilə Latviya universitetləri arasında əlaqələrin qurulması, tələbə mübadiləsi, gələcək əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirə aparılıb.

 

Görüşdən sonra rektor Elmar Qasımov qonağı BANM-ın tikilməkdə olan yeni kampusunun maketi ilə tanış edib.

 

Apa.az