MSK bələdiyyə seçkiləri ilə bağlı 4 milyon 976 min 302 ədəd seçki bülleteni çap ediləcək
İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyənin 1603-dən 24 711 nəfərin namizədliyi irəli sürülüb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, hələ 4 bələdiyyədən namizədlər irəli sürülməyib.
Onun sözlərinə görə, indiyədək 20 923 imza vərəqi götürülüb, artıq doldurulmuş 14 820 imza vərəqi namizədlər tərəfindən seçki komissiyalarına təqdim edilib: “7 partiyadan bələdiyyə üzvlüyünə namizədlər irəli sürülüb. Namizədliyi irəli sürülənlərdən 16 893 nəfərin partiya mənsubiyyəti var. Bu günə qədər 10 281 nəfərin namizədliyi qeydə alınıb”.
MSK sədri deyib ki, həmin şəxslər istəyərlərsə, seçki bülletenlərində onların partiya mənsubiyyətləri qeyd oluna bilər.
İclas zamanı o da qeyd olunub ki, Seçki Məcəlləsinin tələbləri (bülletenlərin sayının seçicilərin sayından 3 faiz artıq olmamaqla, bələdiyyə üzvlüyünə namizədlərin adları, soyadları, partiya mənsubiyyətləri və s.), bələdiyyə seçkiləri ilə bağlı 4 milyon 976 min 302 ədəd seçki bülleteni Milli Məclis Aparatının mətbəəsində çap olunacaq.
Trend.az