Bakıda dövlət qulluqçuları ilə bağlı seminar keçirilib

Posted by

Bakıda dövlət qulluqçuları ilə bağlı seminar keçirilibBakıda dövlət qulluqçuları ilə bağlı seminar keçirilib

Bakıda dövlət qulluqçuları ilə bağlı seminar keçirilib

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Avropa Xarici Fəaliyyət Xidmətinin birgə təşəbbüsü ilə “Dövlət qulluqçularının potensialının gücləndirilməsi” mövzusunda seminar keçirilib. Komissiyadan SİA-ya verilən məlumata görə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində “Demokratiya, yaxşı idarəçilik və sabitlik” adlı I çoxtərəfli Platformanın dövlət idarəçiliyi islahatları panelinin 2014-cü il üzrə Fəaliyyət Planı çərçivəsində təşkil edilən tədbirdə Azərbaycanın dövlət orqanlarının, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, ADA Universitetinin nümayəndələri ilə yanaşı Ukrayna, Belarus, Gürcüstan və Moldovanın dövlət qulluğuna məsul olan qurumlarının və dövlət idarəçilik akademiyalarının təmsilçiləri, habelə Avropa Birliyi, BMT-nin İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

 

Seminarın keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələrində dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə dövlət qulluqçularının potensialının artırılması sahəsində bilik və təcrübə mübadiləsinin aparılmasıdır.

 

Seminarda sözügedən qurumların təmsilçiləri dövlət qulluqçularının potensialının gücləndirilməsi sahəsində müxtəlif mövzularda təqdimatla çıxış ediblər.

 

Hər bir təqdimatdan sonra mövzu ətrafında müzakirələr aparılıb.

 

Sia.az