Mərakeş mətbuatı Xocalı soyqırımından yazıb

Posted by

Mərakeş mətbuatı Xocalı soyqırımından yazıb

Mərakeş mətbuatı Xocalı soyqırımından yazıb

Mərakeş mətbuatı Xocalı soyqırımından yazıb

Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzetinin 28 fevral 2014-cü il tarixli sayında Xocalı soyqırımın 22-ci ildönümünə həsr olunmuş məqalə dərc edilib. Məqalədə Xocalı soyqırımının iyirminci əsrdə törədilmiş ən qanlı faciələrdən biri olduğunu qeyd edilib, erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdiyi amansız vəhşilikdən geniş bəhs olunub.

 

Müəllif Xocalıda azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyini, qocaların, qadın və uşaqların misli görünməmiş işgəncələrə məruz qaldığını vurğulayıb, beynəlxalq birliyin artıq Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən mövqe nümayiş etdirdiyini qeyd edib, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələri icra etməyə çağırıb və ermənilərin işğal etdikləri torpaqların qeyd-şərtsiz boşaldılmasının və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini vurğulayıb.

 

azxeber.com