Moskvada MDB ölkələrinin milli antiterror mərkəzləri rəhbərlərinin müşavirəsi keçirilir

Posted by

Moskvada MDB ölkələrinin milli antiterror mərkəzləri rəhbərlərinin müşavirəsi keçirilir

Moskvada MDB ölkələrinin milli antiterror mərkəzləri rəhbərlərinin müşavirəsi keçirilir

Moskvada MDB ölkələrinin milli antiterror mərkəzləri rəhbərlərinin müşavirəsi keçirilir

MDB iştirakçısı olan ölkələrin Antiterror Mərkəzi (MDB ATM) fevralın 11-12-də Moskvada Birlik ölkələrinin milli antiterror mərkəzləri rəhbərlərinin VII müşavirəsini keçirir. Müşavirə qurumun iştirakçısı olan dövlətlərin terrorizmə və ekstremizmin digər zorakılıq təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlığının aktual istiqamətlərinə həsr olunmuşdur.

Müşavirənin proqramına müvafiq olaraq fevralın 11-də XIX Beynəlxalq Forumun “Təhlükəsizlik texnologiyaları” adlı məkanında MDB ATM-nin himayəsi və Rusiya XİN-in dəstəyi ilə “Yüksək texnoloji terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq: problemlər və qərarlar” mövzusunda beynəlxalq konfrans təşkil edilmişdir.

Azərbaycanı tədbirdə ölkəmizin ATM-dəki rəsmi nümayəndəsi Rasim Daşdəmirov təmsil edir. Tədbir yüksək texnologiyalar sahəsində terrorizm probleminin konkret təhlili və ona vahid yanaşmaların işlənib hazırlanması məqsədi daşıyır.

MDB Antiterror Mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov konfransdakı çıxışında bildirmişdir ki, yüksək texnologiyaların müasir terrorizmə, onun nəzəriyyə və praktikasına təsiri professionallar arasında şübhə doğurmur. O demişdir: “Biz terror fəallığı transformasiyalarının keyfiyyətlə yeni mərhələsinə qədəm qoymuşuq. Bu mərhələ onun neytrallaşdırılmasına və ya heç olmazsa, potensial və real təhdidlərin həddinin azaldılmasına yeni konseptual yanaşmalar tələb edir. Terrorizmə qarşı ənənəvi mübarizə texnologiyalarının çərçivələri xeyli dərəcədə genişlənmişdir və mürəkkəb analitikaya, nəhəng məlumat bazasının işlənməsinə, dərin və çoxşaxəli texniki biliklərə söykənən qərarların qəbul olunmasını tələb edir”.

MDB ATM-nin rəhbəri antiterror və elmi birliyə müraciət edərək, onları yüksək texnologiyalar sahəsində terror və ekstremist fəallığın yeni formalarına qarşı mübarizədə səyləri birləşdirməyə çağırmışdır.

Birlik ölkələrinin milli antiterror mərkəzləri rəhbərlərinin VII müşavirəsi fevralın 12-də işini davam etdirəcəkdir. Birlik ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndələri iclasda MDB ölkələrinin səlahiyyətli orqanlarının terrorizmə qarşı mübarizə sahəsində praktiki qarşılıqlı fəaliyyəti məsələlərini qapalı formatda müzakirə edəcəklər.

Müşavirədə MDB-nin iştirakçısı olan dövlətlərin 2014-cü ilin sentyabrında Qazaxıstanda planlaşdırılan birgə antiterror təliminin mövzusu və ssenarisi də işlənib hazırlanacaqdır.

 

AzərTac.az