MM-də I və II qrup əlillərinin ödənişsiz ali təhsil alması təklif olunub

Posted by

MM-də I və II qrup əlillərinin ödənişsiz ali təhsil alması təklif olunub

 

MM-də I və II qrup əlillərinin ödənişsiz ali təhsil alması təklif olunub

MM-də I və II qrup əlillərinin ödənişsiz ali təhsil alması təklif olunub

 

Qənirə Paşayeva: “Əlillərin reabilitasiya mərkəzləri yenidən qurulmalıdır”

 

Azərbaycan Milli Məclisində (MM) ölkədə I və II qrup əlillərinin ödənişsiz ali təhsil alması təklif olunub.

 

APA-nın məlumatına görə, çıxış edən deputat Qənirə Paşayeva bildirib ki, bu qrupdan olan əlillər dövlət hesabına ali təhsil almalıdır.

 

O qeyd edib ki, əlillərin reabilitasiya mərkəzi indi pis vəziyyətdədir: “Bu mərkəzlər yenidən qurulmalıdır. Bununla yanaşı, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət məsələsində müəyyən problemlər var. Dövlət proqramında da bu göstərilir. Amma mənim seçildiyim Tovuz rayonunda ötən il bir dənə də Qarabağ əlilinə fərqi ev tikilməyib. Səbəb nədir? Xüsusilə kənd yerlərində yaşayan Qarabağ əlillərinə şərait yaradılmalıdır. İstəyirik ki, bu problem bu il həll olunsun”.

 

Q. Paşayevə qeyd edib ki, ölkədə Hepatit C virusu ilə bağlı ciddi problemlər var: “Bu məsələnin qarşısını almaq üçün təcili tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bunun qarşısını almaq üçün bu gün addımlar atmasaq, sonra ciddi problemlərlə üzləşə bilərik”.

 

Millət vəkili tibbi sığortaların olmaması probleminə də toxunub: “Bu problemin də həll edilməsinə ciddi ehtiyac duyulur. Tibbi sığorta olmadığı üçün biz passiyentin hüquqları ilə bağlı qanunu qəbul edə bilmirik. Düşünürəm ki, bu məsələ hökumətin diqqət mərkəzində olmalıdır”.

 

Apa.az