Xələf Xələfov: Azərbaycan İtaliyanın regionları ilə birbaşa münasibətlərin qurulmasında maraqlıdır

Posted by

Azərbaycan İtaliyanın regionları ilə birbaşa münasibətlərin qurulmasında maraqlıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun Regional Şurasının prezidenti xanım Debora Serrakkianinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

X.Xələfov Azərbaycan tərəfinin İtaliya ilə münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

D.Serrakkiani Azərbaycana səfərindən məmnunluğunu bildirərək, təmsil etdiyi regionun Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühitin mühafizəsi, təhsil, səhiyyə və sənaye sahələrində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Nazir müavini qeyd olunan sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.

Trend.az