Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Xırdalanda vətəndaşları qəbul edib

Posted by

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov noyabrın 21-də Abşeron rayonunda Daşınmaz Əmlakın Reyestri Xidmətinin 4 saylı ərazi idarəsində vətəndaşları qəbul edib.

AzərTAc xəbər verir ki, qəbulda Abşeron, Qubadlı rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşlar iştirak ediblər. Komitə sədri onların müraciət və təkliflərini diqqətlə dinləyib. Vətəndaşlar əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, torpaq sahələrinin özəlləşdirilməsi, işə qəbul və digər məsələlərlə bağlı müraciət ediblər.

Kərəm Həsənov müraciətlərdə qaldırılan məsələlərin operativ həlli üçün komitənin aidiyyəti müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədi ilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Komitə sədri tərəfindən həmin gün birbaşa müraciət edən vətəndaşlar da qəbul olunub, hər bir müraciətə diqqətlə yanaşılıb.

Qəbulda ümumilikdə 30-a yaxın vətəndaş iştirak edib.

AzərTac.az