“ABŞ Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində kömək etmək istəyir”

Posted by

"ABŞ Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində kömək etmək istəyir"“ABŞ Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində kömək etmək istəyir”

"ABŞ Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində kömək etmək istəyir"

ABŞ Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində kömək etmək istəyir. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan “Neft-qaz həftəsi 2014” konfransında çıxışı zamanı bildirib.

 

D.Hoqan qeyd edib: “ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir. Biz tərəflərə münaqişənin sülh yolu ilə həllinə nail olunmasında kömək etmək istəyirik. Hesab edirəm ki, hər iki ölkənin prezidentinin Soçi və bu yaxınlarda Parisdə keçirilən görüşlərinə dəstəyimiz, həmçinin dövlət katibi Con Kerrinin Uelsdə hər iki prezidentlə görüşməsi bizim bu münaqişənin sülh yolu ilə həlli üçün əlimizdən gələni etdiyimizi göstərir”.

 

Trend.az