Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşlarla görüşüb

Posted by

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov martın 11-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, Komitə sədri qəbulda Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Bərdə və Tərtər rayonlarından olan vətəndaşların şikayət və təkliflərini dinləyib. Qəbul zamanı müraciətlər əsasən daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi, sosial sahə və digər məsələlərlə bağlı olub. Qəbul zamanı 50-ə yaxın vətəndaş iştirak edib.

K.Həsənov qəbula gələn hər bir vətəndaşın müraciətini tək-tək dinləyib, Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Vətəndaşlara Komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilib və araşdırılmalı müraciətlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Apa.az