Milli Məclisin yaz sessiyası fevralın 2-də işə başlayacaq

Posted by

Milli Məclisin yaz sessiyası fevralın 2-də işə başlayacaq

Milli Məclisin yaz sessiyası fevralın 2-də işə başlayacaq

 

Milli Məclisin yaz sessiyası fevralın 2-də işə başlayacaq

Milli Məclisin yaz sessiyası fevralın 2-də öz işinə başlayacaq.

 

AzərTAc xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

 

Mətbuat katibi deyib ki, daxili nizamnaməyə əsasən yaz sessiyasının ilk iclası fevralın 1-də keçirilməli idi. Ancaq həmin tarix bazar gününə təsadüf etdiyindən sessiyanın ilk iclası sonrakı günə – fevralın 2-nə təyin olunub.

 

A.Təvəkküloğlu qeyd edib ki, artıq Milli Məclisin komitələri işə başlayaraq yaz sessiyasında müzakirəyə çıxarılacaq qanun layihələrini nəzərdən keçirir. Məqsədəuyğun hesab edilən layihələr parlamentin müzakirəsinə tövsiyə ediləcək.

 

AzərTac.az