Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin iclasında iştirak edəcəklər

Posted by

Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin iclasında iştirak edəcəklər

Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin iclasında iştirak edəcəklərMilli Məclisin deputatları Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin iclasında iştirak edəcəklər

AzərTac xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avronest Parlament Assambleyasının Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov və deputat Rasim Musabəyov sentyabrın 17-də Litvanın Vilnüs şəhərinə yola düşmüşlər.
Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, deputatlarımız burada Litva Parlamentinin vitse-spikerləri, xarici işlər nazirinin müavini, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, xarici əlaqələr komitəsinin sədri, bu ölkənin parlamentində təmsil olunan Sosial Demokrat Partiyasının nümayəndələri ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası münasibətlərin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparacaqlar.
Sentyabrın 20-də isə Fuad Muradov və Rasim Musabəyov Avronest Parlament Assambleyasının təşkil etdiyi “Enerji yetərliliyi və bərpa olunan enerji perspektivində Şərq tərəfdaşlığı” mövzusuna həsr olunmuş seminarda iştirak edəcəklər.
Deputatların və ekspertlərin qatılacağı bu tədbirdə enerji təhlükəsizliyi barədə geniş müzakirələr aparılacaq, rəy və təkliflər dinləniləcəkdir.