Milli Məclisin deputatı ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcəkdir

Posted by

Milli Məclisin deputatı ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcəkdir

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, qurumun büro üzvü Azay Quliyev dekabrın 17-də Portuqaliyanın Lissabon şəhərinə yola düşmüşdür.

AzərTAc xəbər verir ki, 4 gün davam edəcək səfər ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşinin dəvəti ilə reallaşacaqdır.

Milli Məclisin deputatı ATƏT PA-da təhlükəsizlik məsələləri və münaqişələrin həlli ilə bağlı keçiriləcək müzakirələrdə iştirak edəcək, həmçinin Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə də görüş keçirəcəkdir.