Milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı artmışdır

Posted by

Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan keçmiş domenlərin sayı artmışdır.

AzərTAc xəbər verir ki, “.az” domen zonasında ilin əvvəlindən qeydiyyatdan keçmiş domenlərin sayı 22 mini keçmişdir. Domen adların böyük əksəriyyəti- 20 min 496-sı “.az”ın payına düşmüşdür. Həmçinin, 838 ədədi isə “.com.az” domeni ilə qeydiyyatdan keçmişdir.

Bundan başqa, “.mil.az”, “.sheki.az” “.samux.az”, “.zaqatala.az”, “.gence.az”, “ganja.az”, “.shamaxi.az” və “.imishli.az” zonalarının hər birində isə cəmi 1 domen adı qeydə alınmışdır.

İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqustun 25-də “.az” domen zonasının Azərbaycan dövlətinə verilməsi haqqında qərar qəbul etmişdir.

AzərTac.az