Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Muzeyin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin xalqımıza qarşı törətdikləri soyqırımı aktından geniş söhbət açmışdır.
Bildirmişdir ki, son illərdə soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük işlər görülməkdədir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci il mayın 8-də irəli sürdüyü “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası təqdirəlayiqdir. Bu istiqamətdə işləri davam etdirmək bizim hər birimizin borcudur.
AzərTac.az