Xocalı soyqrımının 22-ci ildönümü ilə bağlı Dnepropetrovsk şəhərində anım mərasimi keçirilib

Posted by

Xocalı soyqrımının 22-ci ildönümü ilə bağlı Dnepropetrovsk şəhərində anım mərasimi keçirilib

 

Xocalı soyqrımının 22-ci ildönümü ilə bağlı Dnepropetrovsk şəhərində anım mərasimi keçirilib

Xocalı soyqrımının 22-ci ildönümü ilə bağlı Dnepropetrovsk şəhərində anım mərasimi keçirilib

 

Xocalı soyqrımının 22-ci ildönümü ilə bağlı Dnepropetrovsk şəhərində anım mərasimi keçirilib.

 

Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) Trend-ə bildiriblər ki, UAGB, ASAİF-in və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə keçirilən anım mərasimində Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

 

“Ermənilər Xocalı şəhərində törətdikləri soyqırım siyasətinə görə tarix qarşısında cavab verəcəklər”. Dnepropetrovsk Gənclər Mərkəzində keçirilən anım mərasimində çıxışını bu sözlərlə başlayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Dnepropetrovsk Vilayət təşkilatının sədri Elza Bəkirova ermənilərin 22 il bundan öncə Xocalı şəhərində dinc əhaliyə qarşı həyata keçirtdikləri misligörünməmiş vəhşliklər haqqında ətraflı məlumat verib.

Anım mərasimində Dnepropetrovsk Vilayətinin deputadı Fəxrəddin Muxtarov, Dnepropetrovsk Azərbaycanlıları Konqresinin sədri Qüdrət Hacıyev, Konqresin sədr müavinləri Zöhrab Nəcəfov, Nəcəf Əhmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər soydaşlarımız çıxış edərək, ermənilərin son 2 əsrdə Azərbaycan xalqına və torpaqlarına qarşı həyata keçirtdikləri soyqırım və işğalçılıq siyasətindən bəhs ediblər. İqtisadi, hərbi qüdrətinə görə ölkəmizin bölgədə lider dövlətə çevrilməsindən söz açan natiqlər Azərbaycanın ali baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunacağına əminliklərini bildiriblər.

 

Sonra tədbirə qatılanlar Azərbaycan və Ukrayna televiziyalarının birgə hazırladığı “Qarabağ tarixin burulğanında” filminə baxmaqla özlərini beynəlxalq arenaya yazıq və məzlum xalq kimi təqdim edən ermənilərin hiyləgərliyinin əsl mahiyyəti ilə tanış olublar.

 

Filmə baxdıqdan sonra həyacanlı notlarla çıxış edən Dnepropetrovsk Vilayət Admnistrasiyasının Gənclər şöbəsinin sədr müavini Aleksander Zolotouxin və digər şəxslər ermənilərin Xocalı şəhərində törətdiyi vəhşilikləri incanlığa yönəlik bəşəri cinayət adlandırıblar. İndiyədək dünya birliyinin bu faciəyə hüquqi-siyasi qiymət verməməsini haqsızlıq kimi qiymətləndiriblər.

Anım mərasimində Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilməsi üçün beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

 

Trend.az