Müdafiə naziri Azərbaycan və Türkiyə hərbi təyyarələrinin döyüş atışlı təlimlərini izləyib

Posted by

Müdafiə naziri Azərbaycan və Türkiyə hərbi təyyarələrinin döyüş atışlı təlimlərini izləyibMüdafiə naziri Azərbaycan və Türkiyə hərbi təyyarələrinin döyüş atışlı təlimlərini izləyib

Müdafiə naziri Azərbaycan və Türkiyə hərbi təyyarələrinin döyüş atışlı təlimlərini izləyib

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub.

Trend-in Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, MiQ-29 və F-16 qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etrməklə müxtəlif manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər.

Yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışları yerinə yetirən MiQ-29 təyyarələrinə F-16 qırıcıları havadan dəstək veriblər.

Təlimlərin gedişindən razı qalan müdafiə naziri təlimlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişi ilə həyata keçirildiyini bildirib: “Bundan əvvəl də Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri keçirilib. Həm qardaş Türkiyədə, həm də Azərbaycanda müxtəlif qoşun növlərinin iştirakı ilə təlimlər olub. Ancaq hər iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə təlimləri və özü də Azərbaycanda keçirilməsi bu ilk dəfədir ki, baş tutur. Çox vacib bir məsələ ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hərbi pilotları birgə döyüş tapşırıqlarını yerinə yetirərkən, bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçiriblər. Mən bu təlimləri yüksək qiymətləndirirəm. Biz belə təlimləri daha geniş səviyyədə davam etdirəcəyik”.

Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

 

Trend.az