Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1494,1 min nəfər olmuşdur

Posted by

Bu il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1494,1 min nəfər olmuş və onlardan 898,1 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 596 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, muzdla işləyənlərin 22,7 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,4 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,5 faizi tikintidə, 5 faizi nəqliyyat və anbar təsərrüfatında məşğul olmuşlar. Həmçinin işçilərin 3,7 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,5 faizi iqtisadiyyatın digər sahələrində çalışmışlar.

AzərTac.az