Bakıda CDMA standartı üzrə simsiz rabitə şəbəkəsinin əhatə dairəsi genişləndiriləcək

Posted by

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (İB) CDMA standartı üzrə simsiz rabitə şəbəkəsini genişləndirəcək. Bu barədə cümə axşamı Trend-ə İB-dən bildirilib.

İB-dən deyilib ki, şəbəkənin genişləndirilməsi üzrə texniki tələblər avadanlığın təchizatçısı olan Çinin “Huawei Technologies” şirkətinə təqdim edilib. Müqavilənin yaxın vaxtlarda imzalanacağı gözlənilir: “Layihə çərçivəsində siqnalların qəbul səviyyəsinin aşağı olduğu Qaradağ rayonunun Ələt qəsəbəsi, Suraxanı rayonunun Hövsan qəsəbəsi və Bakının mərkəzi hissəsində üç baza stansiyasının quraşdırılması planlaşdırılır”.

Bu gün operatorun şəbəkəsində fəaliyyət göstərən CDMA baza stansiyalarının ümumi sayı 24 ədəddir. CDMA-nın nömrə tutumu 20 min ədədə çatır, bunun 10 min ədədə yaxını istismardadır.

İstehsalat Birliyi CDMA şəbəkəsinin modernləşdirilməsinə də hazırlaşır. Bu məqsədlər üçün əlavə investisiyaların ayrılmasından sonra şəbəkənin yenilənməsi üzrə işlərə başlanacaq.

Trend.az