İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidentini təbrik edib

Posted by

İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidentini təbrik edibİlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidentini təbrik edib

İlham Əliyev Xorvatiyanın yeni seçilmiş Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.

 

Təbrikdə deyilir: “Xorvatiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan-Xorvatiya əlaqələrinin, ölkələrimizi və xalqlarımızı birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Xorvatiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

 

Trend.az