İlham Əliyev Liviya Dövləti Ümummilli Konqresinin Sədrini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Ümummilli Konqresinin Sədri Nuri Əli Əbu Səhmeynə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: “Liviya Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və firavanlıq diləyirəm”.
Trend.az