Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

Posted by

Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

 

Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

Prezident İlham Əliyev litvalı həmkarını təbrik edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Hörmətli xanım Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

 

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

 

Milli.Az