Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin “RAGB: dialoq və fəaliyyət” adlı V konfransında iştirak edib

Posted by

Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin "RAGB: dialoq və fəaliyyət" adlı V konfransında iştirak edibLeyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin “RAGB: dialoq və fəaliyyət” adlı V konfransında iştirak edib

Leyla Əliyeva Rusiya Azərbaycanlı Gənclər Birliyinin "RAGB: dialoq və fəaliyyət" adlı V konfransında iştirak edib

Moskvada “Swissotel” konfrans zalında Rusiya Azərbaycanlı Gənclər Birliyinin “RAGB: dialoq və fəaliyyət” adlı V konfransının açılışı olub.

Trend-in AzərTAc-a istinadən verdiyi məlumata görə, forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev, Rusiyanın ali məktəblərinin azərbaycanlı tələbələri və digər şəxslər iştirak edirlər.

Zalın foyesində RAGB-nin fəaliyyətinə, IDEA kampaniyasına və 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına həsr edilmiş fotosərgi açılıb.

Konfransın rəsmi hissəsindən sonra forum “Qafqazda biomüxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar”, “Azərbaycan bu gün”, “Azərbaycan səhiyyəsi islahatlar yolunda” və “Bakı-2015” seksiyalarında öz işini davam etdirəcək.

 

Trend/az