Korrupsiyaya qarşı mübarizəyə Azərbaycanda yüksək diqqət göstərilir

Posted by

Korrupsiyaya qarşı mübarizəyə Azərbaycanda yüksək diqqət göstərilir

Korrupsiyaya qarşı mübarizəyə Azərbaycanda yüksək diqqət göstərilir

 

 

Korrupsiyaya qarşı mübarizəyə Azərbaycanda yüksək diqqət göstərilir

Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzvü və iştirakçısı olan dövlətlərin Assambleyasının Bakıda keçirilən 3-cü sessiyası çərçivəsində noyabrın 20-də Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

 

 

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanın baş prokuroru, Beynəlxalq Antikorrupsiya Akademiyası Assambleyasının sədri Zakir Qaralov sessiyanın Bakıda keçirilməsinin Azərbaycan dövləti üçün əlamətdar hadisə olduğunu bildirib. Baş prokuror Prezident İlham Əliyevin sessiya iştirakçılarına müraciətində korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər haqqında məlumat verildiyini, mühüm vəzifələrin qarşıya qoyulduğunu xatırladıb. Zakir Qaralov Assambleyaya sədrliyin Azərbaycana keçməsinin ölkəmiz üçün böyük uğur olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, bu sahədə müvəffəqiyyət qazanmaq üçün birillik sədrlik müddətində antikorrupsiya qurumları və Avropanın mötəbər təsisatları ilə mühüm tədbirlər həyata keçiriləcək.

 

 

 

Ölkə rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq Azərbaycanda korrupsiya ilə mübarizədə güclü siyasi iradənin mövcudluğunu vurğulayan baş prokuror respublikamızda əsas diqqətin bu sahədə institusional strukturların yaradılmasına yönəldiyini bildirib. Bu baxımdan ilk növbədə “elektron hökumət”in yaradılması, bütün dövlət qurumlarında şəffaflığın təmin edilməsi və “ASAN xidmət”in fəaliyyətə başlaması əsas tədbirlər kimi qeyd edilib. Diqqətə çatdırılıb ki, bu institusional tədbirlərin həyata keçirilməsi üçün Milli Fəaliyyət Planı icra olunur və əlaqədar dövlət qurumları qarşısında mühüm vəzifələr qoyulub. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi də bu məsələləri daim diqqət mərkəzində saxlayır.

 

 

 

Azərbaycanda keçirilən tədbirin və görüşün əhəmiyyətini yüksək qiymətləndirən OLAF-ın baş direktoru Covanni Kessler son illər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə olunan nailiyyətləri məmnunluqla vurğulayıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binasında yaradılan nümunəvi şəraitdən danışan qonaq Azərbaycanın brendi olan “Asan xidmət”i maraqlı model kimi dəyərləndirib.

 

 

 

Korrupsiyaya qarşı mübarizəyə Azərbaycanda yüksək diqqətin göstərildiyini qeyd edən Covanni Kessler ölkəmizdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunması baxımından respublikamızda mühüm profilaktik tədbirlərin görüldüyünü söyləyib.

 

 

 

Görüşdə Azərbaycan ilə OLAF arasında birgə tədbir və layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsi, əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

 

AzərTac.az