Koreya Respublikasının Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Koreya Respublikasının Baş naziri Çunq Honq-von noyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
AzərTAc xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Çunq Honq-vonun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Koreya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.
Baş nazir Çunq Honq-vonu hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşıladılar.
AzərTac.az