Azərbaycanın xarici işlər naziri Tailandın yeni səfiri ilə görüşüb

Posted by

Azərbaycanın xarici işlər naziri Tailandın yeni səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Tailandın yeni səfiri ilə görüşüb

 

 

Azərbaycanın xarici işlər naziri Tailandın yeni səfiri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Tailandın ölkəmizdəki yeni səfiri Tharit Çarungvat ilə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Tailand arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, ticari-iqtisadi və turizm əlaqələrinin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı səfərlərlə bağlı məsələlər müzakirə edilib.

 

Səfir T.Çarungvat diplomatik fəaliyyəti müddətində Tailand ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

 

AzərTac.az