Çikaqo şəhərində Xocalı faciəsinin qurbanları anılıb

Posted by

Çikaqo şəhərində Xocalı faciəsinin qurbanları anılıb

Çikaqo şəhərində Xocalı faciəsinin qurbanları anılıb

Çikaqo şəhərində Xocalı faciəsinin qurbanları anılıb

Fevralın 28-də ABŞ-ın müxtəlif ştatlarında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində İllinoys ştatının Çikaqo şəhərində yerləşən nüfuzlu Loyola Universitetində faciə qurbanlarının anma mərasimi keçirilib.

Trend-in Azərbaycanın ABŞ-dakı səfirliyinə istinadən verdiyi məlumata görə, mərasimdə Universitetin professor-tələbə heyəti, Azərbaycan və türk diasporunun nümayəndələri, həmçinin beynəlxalq cinayətlərin araşdırılması sahəsi üzrə tanınmış mütəxəssislər iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycanın ABŞ-dakı Səfirliyinin ikinci katibi Könül Süleymanlı çıxış edərək, faciə haqqında iştirakçıları məlumatlandırıb, ermənilər tərəfindən törədilmiş vəhşiliyin tək Azərbaycan xalqına qarşı deyil, ümumilkdə insanlığa qarşı cinayət olduğunu bildirib.

Xocalı faciəsinin qurbanlarının xatirəsinin hər bir azərbaycanlının xüsusi ehtiram və kədərlə daim xatırladığını bildirən diplomat bu kimi faciələrin qarşısının alınması üçün mövcud münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin tez bir zamanda həllinin vacibliyini vurğulayıb.

Daha sonra Loyola Universitetinin məzunu və tədbirin təşkilatçısı, Azərbaycan icmasının fəal üzvlərindən olan Mehriban Məmmədova təqdimatla çıxış edərək, tədbir iştirakçılarına faciənin baş vermə səbəbləri, həmin dövr mətbuatında işıqlandırılması barədə məlumar verib, Xocalı faciəsinin törədilməsində birbaşa iştirakı olan şəxslərin hazırda azadlıqda olmasının ən böyük haqsızlıq adlandırıb və 2008-ci ildən başladılmış “Xocalıya ədalət” kampaniyasının əsas məqsədinin də dünya ictimaiyyətinin faciə haqqında doğru məlumatlandırılması olduğunu vurğulayıb.

Tədbirdə həmçinin çıxış edən Xəyalə Musayeva faciənin beynəlxalq hüquqi sənədlər, konvensiyalar konteksindən müqayisəli təhlili barəsində danışıb.

Tədbirin sonunda amerikalı ud ifaçısı Cudit Montalvonun ifasında həzin musiqilər səsləndirilib və Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş foto-sərgi nümayiş etdirilib.

 

Trend.az